İsrailə casusluqda şübhəli bilinən iranlı polkovnik SEPAH tərəfindən öldürüldü – FOTO

image-2858043285277252021658891548445410498469675nbackend

İranın yüksək rütbəli zabiti Əli İsmayılzadə Kərəc şəhərinin Cahannuma məhəlləsində öz evində öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin polkovniki olub.

SEPAH rəsmilərindən bəziləri İsmayılzadənin ailəsindən ayrıldığı və sarsıntı keçirdiyi üçün intihar etdiyini, digərləri isə evinin damından yıxıldığı üçün həyatını itirdiyini iddia edir.

Hökumətə müxalif qaynaqlar isə polkovnikin İsrailə casusluqda şübhəli bilindiyi üçün SEPAH tərəfindən öldürüldüyünü bildirirlər.

Qeyd edək ki, Əli İsmayılzadənin yaxın silahdaşı SEPAH-ın yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi mayın 22-də Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90