Kanada Google-dan hesab istəyəcək

image-1724618backend

Kanada Federal Parlamenti qanunvericilərin suallarını cavablandırmaq üçün ABŞ-da yerləşən Google texnologiya şirkətinin dörd yüksək vəzifəli rəhbərini parlament komitəsinin iclasına dəvət edib.

Busaat.az xəbər verir ki, Parlamentin Mədəniyyət Komitəsinin son iclasında qəbul edilən qərarla Google-un baş direktoru Sundar Piçai, Qlobal məsələlər üzrə rəhbəri Kent Uoker, vitse-prezident Riçard Qinqras və şirkətin Kanada direktoru Sabrina Geremia Komitənin suallarını cavablandırmaq üçün dəvət olunub.

Parlamentin ölkədən kənar insanları komitəyə sorğu-sual etmək üçün çağırmaq səlahiyyəti yoxdur, lakin bu dörd nəfər gəlməsə, onlar Kanadaya ayaq basarsa, Parlament çağırış vərəqələri verə biləcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90