Kiyev yeni hərbi paket alacaqmı? Belarus və Rusiya xüsusi əməliyyata hazılaşır – İCMAL

image-1378571backend

ABŞ bu gün Ramstein bazasında Ukraynaya böyük hərbi paket elan edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə xəbərlər Rusiyada cümə günü bütün  qazetlərin manşetlərində yer alıb.

Vedomosti: ABŞ-ın Ukraynaya böyük hərbi paketi cümə günü elan oluna bilər

NATO-nun baş katibi Yens Stoltenberqin daha əvvəl dediyi kimi, Ukraynaya ən böyük hərbi yardım paketlərindən biri Almaniyadakı Ramşteyn bazasında keçiriləcək görüşdə elan edilə bilər. Ən son paketə 150 ​​kilometrə qədər məsafədəki hədəfləri vura bilən yerdən buraxılan kiçik diametrli bombalar (GLSDB) ola bilər. Hərbi yardım paketində həmçinin qərb istehsalı olan çoxlu sayda zirehli transportyor və piyada döyüş maşınları, sursat, artilleriya sistemləri və digər silahların da yer alacağı gözlənilir. Bununla belə, Almaniya və ABŞ istehsalı olan tankların tədarükü ilə bağlı hələ qərar verilməyib, lakin bu məsələ hazırda fəal şəkildə müzakirə olunur, –  Politico xəbər verir.

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev hesab edir ki, Bayden administrasiyası daxilində üzləşdiyi siyasi problemləri həll etmək üçün Ukrayna böhranını kəskinləşdirməkdən faydalanacaq. NYT nəşri göstərir ki, Vaşinqton münaqişəni gərginləşdirmək kursu götürüb və NATO müttəfiqlərini, əsasən də Almaniyanı bu işə cəlb edib. Bu, Baydenin iqamətgahlarından birində və keçmiş ofisində tapılan məxfi sənədlərlə bağlı qalmaqal fonunda onun mövqelərini gücləndirmək məqsədi daşıyır.

Vasilyevin sözlərinə görə,  daxili siyasi böhran Respublikaçılara və Baydenin yenidən seçilməsini istəməyən bir sıra demokratlara  qarşı ritorikasını ikiqat azaltmağa kömək edib. Mövqelərini müdafiə etmək üçün Bayden administrasiyası təhlükəli xarici siyasət vəziyyəti yaradaraq ABŞ üçün standart olan bir addım atıb. Ekspertin fikrincə, belə bir şəraitdə Baydenə hər hansı təzyiq “Amerikanın düşmənlərinin maraqlarına xidmət edən” hərəkətlər kimi elan edilə bilər, ona görə də Vaşinqton Ukrayna böhranını daha da şişirtməyə davam edəcək. 

İctimai təzyiq və mövcud vəziyyət Bayden komandasından əlavə addımlar tələb edir.Bu barədə Rusiya Elmlər Akademiyasının IMEMO-nun tədqiqatçısı Aleksandr Yermakov bildirib. Yermakov əlavə edib ki, ehtiyatlar tükəndiyi üçün Birləşmiş Ştatlar artıq Ukraynaya əvvəlki həcmdə silahlar göndərə bilmir. “Əslində, Ukrayna silahlı qüvvələrinə əlavə mərmi, avadanlıq və maddi-texniki yardım alması  Qərb tankları və ya piyada döyüş maşınlarından daha çox kömək olardı”, – ekspert bildirib.

 

“İzvestiya”: Moskva və Minsk xüsusi hərbi əməliyyatla bağlı oxşar mövqedədirlər

Belarus prezidenti Aleksandr Lukaşenko cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Minsk danışıqlarında bildirib ki, Qərb nə Rusiyanı, nə də Belarusu sanksiyaları ilə boğa bilməyib. Belarus lideri həmçinin ölkəsinə qarşı Kiyevdən heç bir təxribat müşahidə etmədiyini sözlərinə əlavə edib.

Son 18 ayda Rusiya və Belarus inteqrasiya baxımından bir çox sahələrdə irəliləyiş əldə ediblər.Bu sözləri  Beynəlxalq Münasibətlər üzrə Minsk Dialoq Şurasının direktoru Yevgeni Preygerman “İzvestiya”ya bildirib. “Lakin inteqrasiya məsələlərinin bütün miqyasını nəzərə alsaq, işlərin rəvan getməsini çətin ki, gözləmək olar. Üstəlik, çoxlu sayda ziddiyyətlər var. Birincisi, sənaye və nəqliyyat əsas maneə olacaq” – deyə Belaruslu politoloq xəbərdarlıq edib.

Belarus lideri ilə danışıqlardan sonra Lavrov bildirib ki, Rusiya və Belarus xüsusi hərbi əməliyyat zamanı  eyni mövqedən çıxış edirlər. 

Preygerman Minsk və Moskva arasında hərbi əməkdaşlığın ilk növbədə 2023-cü ildə NATO ilə münasibətlərdə artan gərginlik fonunda ikitərəfli iqtisadi inteqrasiyadan daha intensiv xarakter alacağını gözləyir. “Biz Polşa ərazisində hərbi fəallığın artdığını müşahidə edirik. Təbii ki, Belarus və Rusiya buna birgə fəaliyyət göstərməklə cavab verəcəklər”, –  deyə belaruslu ekspert bildirib.

Bu arada Lukaşenko müntəzəm olaraq qərbli həmkarlarına Rusiyanın danışıqlara hazır olduğunu açıq şəkildə bəyan edib.

 

“Kommersant”: Türkiyə və ABŞ qarşılıqlı gözləntilər əsasında saatları sinxronlaşdırır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda apardığı danışıqlardan sonra jurnalistlərə açıqlamasında Bayden administrasiyasını ABŞ-ın F-16 qırıcılarının Ankaraya potensial tədarükü ilə bağlı daha qətiyyətli davranmağa çağırıb. Türkiyənin baş diplomatı, həmçinin ölkəsinin İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı qərarının F-16 razılaşması ilə bağlı irəliləyişdən asılı olduğunu açıqlayıb.

ABŞ bu iki məsələyə bir qədər fərqli yanaşır. Çavuşoğlunun sözlərinə görə, amerikalılar Vaşinqton görüşündə iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq cəhdi ilə bağlı hadisələrin F-16-nın satışına müsbət təsir göstərə biləcəyini vurğulasalar da, iki məsələnin bir-biri ilə tamamilə bağlı olmadığını bildiriblər. ABŞ administrasiyası hesab edir ki, Ankaranın NATO-nun genişlənməsinə razılığı Konqresdən qırıcılarla bağlı sazişin keçməsini asanlaşdıra bilər.

Həmçinin, ABŞ və Türkiyə arasında bir sıra digər məsələlərdə fikir ayrılıqları var: Ankara ABŞ-ın onunla və Afina ilə münasibətlərində balansın olmamasından narazıdır, Vaşinqton isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu niyyətini bəyənmir.Bütün bu ziddiyyətlərə baxmayaraq, Çavuşoğlu və Blinken danışıqlardan sonra verdikləri birgə bəyanatlarda ortaq maraqlara diqqət çəkiblər. Bunlara artan ticarət, terrorizmlə mübarizə, Cənubi Qafqazda sülhün təşviqi səyləri və Suriyadakı siyasi proseslər daxildir.

Həmçinin, Vaşinqton birgə bəyanatda və Blinkenin qonağı salamlama mesajında, eləcə də ABŞ Dövlət Departamentinin bəyanatlarında Ukrayna taxıl ixracı ilə bağlı müqavilələrin imzalanmasındakı roluna görə Türkiyəyə minnətdar olduğunu bildirib. “Rusiya və Çinin Şərqi Avropa, Şərqi Aralıq dənizi və Yaxın Şərqdə artan hərbi, siyasi və iqtisadi gücünü nəzərə alsaq, Türkiyənin itirilməsinin həm ABŞ, həm də transatlantik alyans üçün baha başa gələcəyi aydındır”. Bu barədə Türkiyənin analitik mərkəzi olan SETA-nın xarici siyasət araşdırmaları mərkəzinin direktoru Muhittin Ataman bir ay əvvəl Daily Sabah qəzetində dərc olunan məqaləsində belə deyib.

 

“Nezavisimaya qazeta”: Rusiyanın Çinə qaz marşrutu Mərkəzi Asiyadan keçəcək

Çərşənbə günü Sankt-Peterburqda “Qazprom”un baş direktoru Aleksey Mille və Qazaxıstanın baş nazirinin birinci müavini Roman Sklyar arasında işgüzar görüş keçirilib. Danışıqlardan sonra tərəflər qaz sahəsində əməkdaşlıq üçün yol xəritəsini imzalayıblar. Sənədin təfərrüatları barədə heç bir məlumat verilməyib. Lakin ekspertlərin fikrincə bu, hamının xeyrinə olacaq təbii qaz ittifaqının yaradılması istiqamətində ilk addım ola bilər.

 “Qazaxıstan və “Qazprom” arasında imzalanmış saziş ümumi olaraq üçtərəfli alyans adlandırılan böyük layihəyə bir addım daha yaxındır. Bu barədə MDB Ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin rəhbəri Andrey Qrozin “Nezavisimaya qazeta”ya bildirib. Ekspertin fikrincə, Rusiya qərbdən cənuba istiqamətlənəcək yeni enerji strategiyasını məhz belə həyata keçirir. “Bu, Rusiyanın yeni dövlət siyasəti kursu olacaq və göz qabağındadır ki, nə Astana, nə də Daşkənd layihədə iştirakdan imtina etməyəcək. Ekspertlər razılaşırlar ki, Cənub-Şərqi Asiya bu əsrin ortalarına qədər ən böyük enerji istehlak edən regiona çevriləcək. Əfqanıstan, Pakistan, Hindistan və Çinə qaz kəmərləri şəbəkəsi bu gün nə qədər fantastik səslənsə də, tezliklə reallığa çevriləcək.

Bununla belə, IMEMO Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin xəbərdarlıq edib ki, əgər Astana və Daşkənd Qərbin sanksiyalarından qorxaraq üçtərəfli qaz ittifaqına geosiyasət prizmasından baxsalar, heç kim qalib gəlməyəcək, çünki belə bir mövqe ilkin olaraq nəticəsiz olacaq. 

“İzvestiya”: Rusiya türkmən müəssisələrinin Qərb rəqiblərini əvəzləyəcəyini gözləyir

Rusiya və Türkmənistan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb. Bu sözləri Rusiyanın baş naziri Mixail Mişustin Aşqabada ilk xarici səfəri zamanı bildirib. O əlavə edib ki, bu səviyyə hədd olmamalıdır, çünki hər iki ölkə bütün istiqamətlərdə, o cümlədən Rusiya və Türkmənistan üçün prioritet olan enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə çalışmalıdır.

“İki ölkə böyük qaz istehsalçılarıdır, ona görə də iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektiv var”. Bu fikirləri politoloq Əjdar Kurtov “İzvestiya”ya açıqlamasında bildirib. Politoloqun sözlərinə görə, yeni rəhbərlik dövründə Türkmənistan 1990-cı illərin siyasətindən, özünütəcriddən əl çəkməklə yanaşı, MDB və ŞƏT-ə üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığa getdikcə daha çox maraq göstərməyə başlayıb.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının üzvü, MDBMİ-nin professoru Yevgeni Kojokinin sözlərinə görə, Rusiya ilə Türkmənistan arasında münasibətlər sabit görünür. Onun sözlərinə görə, bu, Aşqabadın neytrallıq prinsipinə əsaslanan ardıcıl xarici siyasət kursu sayəsindədir. Bundan başqa, Türkmənistan nəhəng neft ehtiyatlarına malikdir və böyük pambıq tədarükçüsü olaraq qalır. Kojokin qeyd edib ki, Rusiya, İran və Hindistanı birləşdirən strateji əhəmiyyətli  dəmir yolu marşrutu Türkmənistandan keçdiyi üçün Rusiya nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı ola bilər.

Mişustinin Türkmənistan prezidenti Serdar Berdımuhammedovla planlaşdırılan görüşü zamanı bu məsələləri yüksək vəzifəli rəsmilərlə müzakirə etmək imkanı olacaq. Nazirlər Kabinetindən verilən məlumata görə, danışıqlarda ticarət, nəqliyyat, istehsal, enerji və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi səyləri, habelə humanitar məsələlər müzakirə olunacaq.

Tərcümə / Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki