“Mağazalarda krediti olan Şəhid və Qazi ailələrin ödənişlərini dövlətə yükləmək lazım deyil, dövlətin xərci çoxdur”.
Busaat.az xəbər verir ki, bunu şəhid və qazi ailələrinin kredit məsələsinə toxunan iqtisadçı Natiq Cəfərli qeyd edib.
Natiq Cəfərliyə görə, Şəhid və Qazi ailələrin ödənişlərinə vətəndaşlarımız həmrəylik göstərərək dəstək ola bilər:
“Mağazalarda krediti olan Şəhid və Qazi ailələrin ödənişlərini dövlətə yükləmək lazım deyil, dövlətin xərci çoxdur. Bu məsələdə xalq olaraq vətəndaşlar iştirakçı ola bilər. Belə ki, bütün şəbəkə mağazalarda, haradan Şəhid və Qazi ailələri kredit götürübsə, həmin mağazalardan əşya alanda vətəndaşlar müqaviləyə hər 50 manata 1 manat ayrıca ödəniş bəndi sala bilər. Həmin 1 manat Şəhid və Qazi ailələrinin kreditinin qapanmasına yönəlsin. Banklarda isə ikili yanaşma lazımdır. Dövlət özəl banklara göstəriş verə bilməz, ona görə də Şəhid və Qazi ailələrinin kreditlərini tam bağlayan banklara 1% vergi güzəşti edir, vətəndaş olaraq biz də hər 1000 manat kreditə gələn faizin üzərində 1 manat əlavə ödəniş edə bilərik və bu da müqavilələrdə göstərilə bilər. Sözügedən ailələrə xalq olaraq edə biləcəyimiz ən kiçik iş məhz budur”.
Gülay