Lavrov iranlı həmkarı ilə müzakirələr aparıb

image-sergey-lavrovbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ölkələr arasında əməkdaşlıq sazişi üzərində müzakirə aparıblar.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin bəyanatında deyilir.

Bəyanata görə, danışıqlarda Rusiya ilə İran arasında strateji tərəfdaşlığın yaradılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Danışıqlarda həmçinin İbrahim Rəisi hökuməti ilə razılaşdırılmış bütün layihələrin və əməkdaşlıq sahələrinin qeyd-şərtsiz həyata keçirilməsinə sadiqlik bir daha təsdiqlənib.

Qarşılıqlı maraq kəsb edən əsas beynəlxalq və regional məsələlər, o cümlədən BRİKS və ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyət üzrə ətraflı fikir mübadiləsi aparılıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki