Lin Aydın təltif edildi -FOTOLAR

image-1backend
image-ad_qayo_720x110px

İki gün öncə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin idarə heyətinin sədri Bəhruz Məmmədzadə özü çinli olsa da qəlbi Azərbaycanla döyünən və Azərbaycan vətəndaşlığı alan Lin Aydınla bağlı paylaşım etmişdi. Bu paylaşım sosial şəbəkələrdə olduqca maraqla qarşılanmışdı.

Bu gün “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyinin idarə heyətinin sədri Bəhruz Məmmədzadə Lin Aydınla yenidən görüşüb.

Bəhruz Məmmədzadə göstərdiyi xidmətlərə görə Lin Aydını “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları ” ictimai birliyi adından təltif edib. Qeyd edək ki, Lin Aydın Kəlbəcər və Goranboyda  xidmət edib.

Lin Aydın antiterror əməliyyatları zamanı Qubadlıda olub.

Qeyd edək ki, Lin Aydın  qardaşı hal-hazırda Qarabağ zonasında N saylı hərbi hissədə xidmət edir.

image-1 image-2

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki