Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.28 $▲0.05%
  • WTI neft101.40 $▲0.02%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.033 $▲0.07%
  • Qızıl4 049 $▼0.08%
  • Gümüş53.29 $▲0.11%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 826 $▼1.75%
  • Ethereum2 310 $▼2.00%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Maşın almaq istəyənlər mütləq oxusun: İlin sonuna qədər…

image-masinnn_2_1756184073-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda elektrikli avtomobillərə maraq artsa da, uzun məsafəli yollarda bu maşınların istifadəsi çətinlik yaradır. Məsələn, Bakıdan bölgələrə gedən sürücülər batareyanın tez bitməsi və şarj məntəqələrinin çatışmazlığı səbəbindən yolda qalırlar. Bu isə hələlik elektrikli avtomobilin şəhərdaxili istifadəyə daha uyğun olduğunu göstərir.

Bu fonda dizel və ya benzin mühərrikli avtomobillərə tələbat arta bilərmi? Avtomobillərlə bağlı proses necə davam edəcək?

Busaat.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, elektromobillərə maraq artıb, lakin insanların bu nəqliyyat vasitələrindən daha çox istifadə etməsinə bəzi maneələr var:

“Əsas səbəb infrastruktur məsələsidir. Belə ki, enerjidoldurma məntəqələri, əsasən Bakı və Abşeronda cəmləşib, digər şəhər və bölgələrdə onların sayı azdır. Mövcud məntəqələrdə də sürücülər bəzən enerjinin çatışmadığını bildirirlər”.

Ekspert qeyd edib ki, ölkəmizdə hələ də dizel və benzin mühərrikli avtomobillər daha çox istifadə olunur:

“Lakin hibrid avtomobillər də getdikcə populyarlaşır. Tələbat dizel və benzin mühərrikli avtomobillərdən hibridlərə doğru artır və bu proses davam edəcək. Proqnozlara görə, ilin sonuna qədər idxal olunan hibrid avtomobillər ümumi avtomobil idxalının təxminən 50 faizini təşkil edəcək. Dizel və benzin mühərrikli maşınlara tələbin artması yalnız idxal güzəştləri ləğv edilərsə mümkündür. Hazırkı güzəştlərin davam etməsi gözlənilir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170732