Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.22 $▲0.34%
  • WTI neft101.75 $▲0.40%
  • Avropa qazı (TTF)99.31 €▲5.07%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.10%
  • Qızıl4 068 $▲0.28%
  • Gümüş54.17 $▲0.10%
  • Pambıq78.50 ¢▲0.59%
  • Buğda612.00 ¢▲0.08%
  • Bitcoin80 700 $▼0.12%
  • Ethereum2 339 $▼0.35%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Cəmiyyət

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakirə mövzularındandır.

Bəs ölkədə bəzi kəndlərin adlarının dəyişdirilməsi zərurəti yarana bilərmi və bu zaman hansı meyarlar əsas götürülməlidir?

Mövzu ilə bağlı  danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, yaşayış məntəqələrinin adlarının əsassız şəkildə dəyişdirilməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, hər bir ad özündə tarixi yaddaşı və müəyyən dövrün izlərini daşıyır.

“Adın müasir dövrdə xoş səslənməməsi və ya kiminsə istəyinə uyğun gəlməməsi onun dəyişdirilməsi üçün əsas sayıla bilməz. Bununla belə, zərurət yarandıqda və dəyişiklik əsaslandırıldıqda, müvafiq addımların atılması mümkündür”.

Akif Nağının fikrincə, xüsusilə tarixi reallığı əks etdirməyən, təhrif olunmuş və ya müəyyən dövrlərdə xarici təsirlər nəticəsində meydana gələn yer adlarının dəyişdirilməsi məsələsinə baxıla bilər.

“Bəzi adlar müəyyən dövrlərdə köçürmə siyasəti və xarici təsirlər nəticəsində yaranıb. Həmçinin təhrif olunmuş adlar da var. Hesab edirəm ki, onların dəyişdirilməsinə ehtiyac ola bilər. Ancaq bu proses sistemli və düşünülmüş şəkildə həyata keçirilməlidir”, – deyə o, vurğulayıb.

Akif Nağı hesab edir ki, adların dəyişdirilməsi zamanı tarixi mənbələrdə əvvəlki toponimlərin qorunması da vacibdir. Onun sözlərinə görə, köhnə adların arxivlərdə və müvafiq mənbələrdə qeyd olunması gələcək tədqiqatlar üçün əhəmiyyət daşıyır. Əks halda, müəyyən yaşayış məntəqəsinin əvvəlki adını müəyyənləşdirmək istəyən tədqiqatçılar çətinliklərlə üzləşə bilərlər. Onun fikrincə, kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməzdən əvvəl sakinlərin rəyi öyrənilməli, mümkün olduqda sorğu keçirilməlidir. Yeni adın seçilməsi zamanı da həmin yaşayış məntəqəsinin sakinlərinin fikirləri nəzərə alınmalıdır.

Akif Nağının qənaətinə görə, tarixi irsin qorunması, dəyişikliklərin əsaslandırılması və yerli əhalinin istəyinin nəzərə alınması şərtilə həyata keçirilən ad dəyişiklikləri faydalı ola bilər.// Konkret.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187952