Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft110.04 $▲0.30%
  • WTI neft101.01 $▲0.22%
  • Avropa qazı (TTF)95.00 €▼1.13%
  • Təbii qaz (ABŞ)3.009 $▼0.92%
  • Qızıl4 035 $▲0.14%
  • Gümüş53.79 $▲0.07%
  • Pambıq78.95 ¢▼0.20%
  • Buğda616.00 ¢▲0.24%
  • Bitcoin80 088 $▲0.10%
  • Ethereum2 326 $▲0.23%
  • S&P 5007 677▲0.71%
19°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Cəmiyyət

Müəllimlərə yeni status verilə bilər – Maaş və hüquqlarla bağlı VACİB AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi müəllimlik peşəsinin nüfuzuna müsbət təsir göstərə bilər. Ancaq əsas məsələ statusun adında deyil, müəllimin həyatında və fəaliyyətində nəyi dəyişəcəyindədir. Əgər bu addım layiqli əməkhaqqı, güclü sosial təminat, sabit məşğulluq və hüquqların daha etibarlı müdafiəsi ilə müşayiət olunacaqsa, əhəmiyyətli irəliləyiş olar. Müəllim gələcəyi ilə bağlı özünü güvəndə hiss etməlidir. Dolanışıq qayğıları azalan, əməyi qiymətləndirilən müəllimin dərsə, şagirdə və öz peşəkar inkişafına daha çox vaxt ayırması üçün imkan yaranar. Belə təminatlar bacarıqlı gənclərin müəllimliyi seçməsinə və peşədə qalmasına da stimul verə bilər”.

Bu fikirləri təhsil eksperti Fuad Hacıyev bu məsələni açıqlamasında səsləndirib.

“Lakin müəllimin nüfuzunu yalnız hüquqi statusla yüksəltmək mümkün deyil. Müəllimin məktəbdə söz haqqı, pedaqoji sərbəstliyi və ədalətli iş şəraiti də olmalıdır. Valideynlə və ya məktəb rəhbərliyi ilə mübahisə zamanı onun hüquqları qorunmalı, fəaliyyəti obyektiv qiymətləndirilməlidir. Eyni zamanda, müəllimin məsuliyyəti və şagirdin hüquqları da diqqətdən kənarda qalmamalıdır.

Burada həssas məqam müəllimə əlavə bürokratik yük yaradılmamasıdır. Status dəyişikliyi daha çox hesabat, inzibati asılılıq və tədrisdənkənar tapşırıqlar demək olmamalıdır. Müəllimin əsas işi keyfiyyətli dərs keçmək və şagirdin inkişafına kömək etməkdir. Tətbiq ediləcək mexanizm də məhz bu işi asanlaşdırmalıdır”.

Ekspert vurğulayır ki, müzakirəni yalnız “Müəllim dövlət qulluqçusu olmalıdır, ya yox?” sualı ilə məhdudlaşdırmaq düzgün deyil.

“Əsas sual budur: müəllimə hansı təminatları veririk və onun keyfiyyətli işləməsi üçün hansı şəraiti yaradırıq? Bu təminatlar ayrıca müəllim statusu ilə də qurula bilər. Əsas olan seçilən hüquqi formanın real nəticə verməsidir.

Cəmiyyətdə müəllimə hörmət dövlətin onun əməyinə verdiyi dəyərlə də formalaşır. Ona görə belə bir təşəbbüsü müsbət qiymətləndirərdim, amma nəticəni statusun dəyişməsi ilə deyil, müəllimin rifahının, peşəkar müstəqilliyinin və təhsilin keyfiyyətinin yüksəlməsi ilə ölçərdim”.// Konkret.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187895