
Tokayev Türkiyəyə gedir
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da bu ölkəyə rəsmi səfər edəcək.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkələrdə bildirib.
Səfər zamanı Ankarada genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş dövlət başçılarının danışıqları keçiriləcək. Tokayev həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində iştirak edəcək.




















