Məzmuna keç
  • Brent neft109.76 $▲0.05%
  • WTI neft100.79 $▼0.00%
  • Avropa qazı (TTF)93.99 €▼2.19%
  • Təbii qaz (ABŞ)3.009 $▼0.92%
  • Qızıl4 025 $▼0.13%
  • Gümüş53.49 $▼0.49%
  • Pambıq78.48 ¢▼0.80%
  • Buğda616.00 ¢▲0.24%
  • Bitcoin79 784 $▼0.28%
  • Ethereum2 312 $▼0.35%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Cəmiyyət

İnternetlə bağlı yeni qaydalar qəbul edildi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsini və hüquqi müəyyənlik prinsipinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda təsdiqlənib. Bununla bağlı “Telekommunikasiya haqqında” qanunda müvafiq dəyişikliklər təklif edilir.

Sənəddə bildirilir ki, mövcud qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu təsbit edir. Lakin həmin müddəada yer alan “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” kimi ümumi ifadələr xidmət zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermirdi. Dəyişikliklə daxil edilən “keyfiyyət göstəriciləri” anlayışı isə xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları özündə ehtiva edərək tənzimləmənin predmetini daha dəqiq əks etdirir.

Bu baxımdan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” normativ sənədi telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret parametrləri müəyyənləşdirir. Həmin göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyar olmaqla yanaşı, operator və provayderlərin fəaliyyətində icrası məcburi olan hüquqi tələblər kimi çıxış edəcək.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.// yenisabah

MüəllifAynurə Mustafayeva

Xəbəri paylaş

busaat.az/?p=187875