Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.11 $▲0.54%
  • WTI neft101.06 $▲0.10%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.020 $▲1.17%
  • Qızıl4 030 $▲0.22%
  • Gümüş54.17 $▲0.01%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda623.00 ¢▲0.00%
  • Bitcoin80 311 $▲0.33%
  • Ethereum2 326 $▼0.02%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Cəmiyyət

Bu il neçə nəfər qoruma altına alınıb? – RƏSMİ AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu il ərzində verilən mühafizə orderlərinin sayı açıqlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk 9 ayında 340 mühafizə orderi icraata daxil olub. Onlardan 323-ü qısamüddətli, 17-si uzunmüddətlidir. Mühafizə orderlərinin 294-ü qadına, 46-sı kişiyə verilib. Ötən dövrdən qalanlarla birgə 368 mühafizə orderinin icraatına xitam verilib.

Qeyd edək ki, mühafizə orderi  məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyini təmin etmək və təkrar zorakılıq və təqibin qarşısını almaq məqsədilə verilən rəsmi hüquqi sənəddir.

Qanunvericiliyə əsasən, mühafizə orderinin iki növü var:

Qısamüddətli order: Yerli icra hakimiyyəti orqanı tərəfindən verilir və 60 günədək qüvvədə olur.

Uzunmüddətli order: Rayon (şəhər) məhkəməsi tərəfindən verilir və 60 gündən 180 günədək müddəti əhatə edir.

Qısamüddətli order məişət zorakılığı faktı müəyyən edildikdə, uzunmüddətli order isə qısamüddətli orderin və ya yazılı xəbərdarlığın tələblərinə əməl edilmədikdə tətbiq oluna bilər.

Hər iki order ödənişsizdir.

MüəllifAynurə Mustafayeva

Xəbəri paylaş

busaat.az/?p=187841