
Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir
“Le Figaro”, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edir, onların da təxminən 99,9 %-i yalandır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.


















