Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft110.71 $▲0.91%
  • WTI neft101.57 $▲0.77%
  • Avropa qazı (TTF)94.96 €▼1.18%
  • Təbii qaz (ABŞ)2.969 $▼2.24%
  • Qızıl4 041 $▲0.27%
  • Gümüş53.91 $▲0.29%
  • Pambıq78.95 ¢▼0.20%
  • Buğda611.25 ¢▼0.53%
  • Bitcoin79 973 $▼0.04%
  • Ethereum2 321 $▲0.04%
  • S&P 5007 688▲0.15%
19°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Cəmiyyət

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda 2025-ci ildə körpə ölümü göstəricisi 2020-ci illə müqayisədə həm şəhər, həm də kənd yerlərində artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə hər 1 000 diri doğulana görə körpə ölümü göstəricisi qızlarda 8,6, oğlanlarda isə 10,9 olub.

2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 13 və 14,3-ə yüksəlib.

Şəhər yerlərində 2020-ci ildə hər 1 000 diri doğulana görə körpə ölümü göstəricisi qızlarda 11,9, oğlanlarda 16,4 olub. 2025-ci ildə isə qızlar üzrə göstərici 16,3-ə, oğlanlar üzrə 17,4-ə çatıb.

Kənd yerlərində də artım qeydə alınıb. Belə ki, 2020-ci ildə hər 1 000 diri doğulana görə körpə ölümü göstəricisi qızlarda 5,3, oğlanlarda 5,8 olduğu halda, 2025-ci ildə bu rəqəmlər müvafiq olaraq 10 və 11,6 təşkil edib.

Beləliklə, 2020–2025-ci illərdə körpə ölümü göstəricisi bütün müqayisə edilən qruplarda artıb. Ən böyük artım kənd yerlərində qız uşaqları üzrə qeydə alınıb: göstərici 5,3-dən 10-a yüksəlib.

Qeyd edək ki, bütövlükdə oğlan uşaqların ölümü qızlara nisbətən daha yüksəkdir.// bizim.media

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187902