Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.36 $▲4.46%
  • WTI neft88.33 $▲3.59%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.363 $▲2.91%
  • Qızıl3 918 $▼1.58%
  • Gümüş50.60 $▼1.60%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda588.50 ¢▼2.16%
  • Bitcoin70 908 $▼0.47%
  • Ethereum2 009 $▼0.17%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Siyasət

Rəsmən bəyan edildi: Zəngəzur dəhlizi təhvil verilir

image-zengezur_2_1725444151-fulljpg-1725450004
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.

Busaat.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın bugünkü açıqlaması dəhlizin açılacağı ilə bağlı heç bir şübhə yeri qoymayıb:

“Bundan əvvəl autsorsinqdən söhbət gedirdisə, indi bu, dövriyyəyə buraxılır: icarə, lizinq, tikinti hüquqları… Və onun dediyi kimi, başqa məna ifadə edə biləcək digər nüanslar. Baqdasaryanın sözlərindən belə çıxır ki, (Qərbi Zəngəzurdan keçəcək) dəmir yolu, boru kəməri və elektrik xətlərinin idarəçiliyi kənar bir şirkətə verilə bilər. Başqa sözlə, artıq aydındır ki, Zəngəzur dəhlizinə minlərlə ad qoya bilərlər, amma fakt birdir: təhvil verilir”.

Mənbənin fikrincə, Paşinyanın sözçüsünün açıqlaması dəhlizin təhvil veriləcəyinin rəsmi anonsudur.

N.Baqdasaryan bundan əvvəl dəhlizə nəzarətin xarici şirkətə verilməsi ilə bağlı KİV-lərdə yayılan iddianı şərh edərkən söyləmişdi ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç vaxt və heç kimə verilə bilməz, amma avtomobil və dəmir yollarının, eləcə də digər infrastrukturun istismar və idarəçiliyi özəl şirkətlərə həvalə oluna bilər: “Bu, uzun illərdir tətbiq edilən normal bir praktikadır.

Xatırladaq ki, daha öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bəyan etmişdi ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Diplomat vurğulamışdı ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170114