Masallı rayonunun Babakücə kəndi ərazisində, süni göldə bir nəfər batıb.
Busaat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlunun axtarışları üçün hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
X.Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.