Bu gün Şəkidə 26 yaşlı Aygül Əhmədovanın meyitinin süni göldə tapılması hadisəsinin təfərrüatı üzə çıxıb.
Busaat.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra 1996-cı il təvəllüdlü Aygül Əhmədovanın intihar etdiyi müəyyən olunub.
Bir neçə gün əvvəl isə A.Əhmədova körpəsi ilə birlikdə doğulub böyüdüyü Şəkinin Baş Göynük kəndinə aparılıb. 6 aydır yaxınlarının diqqəti altında olan qız bu gün ayaqyoluna getmək adı ilə həyətə düşüb. Ailə üzvləri bir neçə dəqiqə sonra onun ardınca getsələr də, A.Əhmədovanın ayaqyolunda olmadığı məlum olub. Az sonra isə onun özünü həyətin digər istiqamətindəki kiçik süni suvarma gölünə ataraq intihar etməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.