Məktəblərdə Yeni illə bağlı tətil günləri açıqlandı – RƏSMİ

image-t-pc9-p99til-p20sinif-p20-pc5-p9fagird-jpg-pagespeed-ce-jzurfr8vb4backend

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

Busaat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90