Müğənni Mərdan Kazımovun səhnədə başına iş gəlib.
Busaat.az xəbər verir ki, sənətçi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecinin məzun gününə həsr olunan tədbirdə çıxış edib.
Konsert zamanı Mərdan Kazımovun mikrofonunda texniki nasazlıq yaranıb və mikrofon qəfil işləməyib.
Lakin yaranan problem sənətçini çıxışını yarımçıq qoymağa vadar etməyib.
Mərdan Kazımov canlı ifasını davam etdirərək tələbələrə coşqulu və yaddaqalan anlar yaşadıb.
Onun peşəkarlığı və səhnə hakimiyyəti tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.









