Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
İdman

Mesut Özildən “0:6” zarafatı

“Arsenal”ın ulduz futbolçusu Məsut Özil Millətlər Liqasının 6-cı turunda Almaniyanın İspaniyaya 0:6 hesablı məğlubiyyəti barədə paylaşım edib. 

Busaat.az  xəbər verir ki, o, almanların bu məğlubiyyətini zarafatla şərh edib.

Özil Tvitter hesabında “Jerom Boatenqi milliyə qaytarmağın vaxtıdır” yazıb.

Qeyd edək ki, Jerom Boatenq 2018-ci il dünya çempionatından sonra millidəki karyerasını başa vurub. Məsut Özil isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla foto çəkdirdiyinə görə irqçi təzyiqlərə məruz qalaraq yığmadan imtina etmişdi.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul