Milli Onkologiya Mərkəzində partlayış – Xəstə öldü, həkim yaralandı – Yenilənib

image-679107636_2468730630244769_781472484971089245_nbackend

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, partlayış otaqların birində baş verib.

Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.
***

Oxu.Az-ın xəbərinə görə, Şua-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
Ekran %C5%9F%C9%99kli 2026 04 30 153508


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki