Macarıstanın Baş naziri Viktor Orban cümə axşamı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Busaat.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs “X” platformasındakı paylaşımında bildirib.
“Görüşdə Ukrayna və Yaxın Şərq münaqişələri, sülh perspektivləri və Macarıstan-Türkiyə münasibətləri müzakirə ediləcək”-deyə o qeyd edib.