Orta Asiyada milli şüur, türkçülük ənənələri dirçəlir: Tokayevdən Putinə TUTARLI CAVAB

image-tppjpg-1733137566backend

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Rusiya prezidenti Vladimir Putinə yönəlmiş dolayısı jesti sosial mediada geniş rezonans doğurub.

Hadisə Rusiya prezidentinin Qazaxıstana səfəri zamanı baş verib. Belə ki, Putin çıxışı zamanı Qazaxıstanın “demək olar ki, tamamilə rusdilli ölkə” olduğunu iddia edib. Bu açıqlama Tokayevin gözlənilməz və qətiyyətli reaksiyası ilə yadda qalıb. Putinin çıxışında rus dilini vurğulamasına baxmayaraq, Tokayev öz çıxışını qazax dilində edib.

Qazax liderinin bu jesti Rusiya tərəfdarları üçün xoşagəlməz sürpriz olub. Zalda oturan rus nümayəndələr dərhal qulaqcıqlarını axtararaq tərcümə vasitələrindən istifadə etməyə məcbur qalıblar. Bu, Tokayevin qazax dilinə üstünlük verərək ölkəsinin milli kimliyini qəti şəkildə vurğulaması kimi qəbul edilib.

Busaat.az xəbər verir ki, siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Orta Asiyada milli şüur, türkçülük ənənələri dirçəlir və bu ənənələr artıq siyasətdə də hiss olunur.

Onun sözlərinə görə, türk dövlətlərinin birliyi, iqtisadi, siyasi əlaqələri də buna təkan verməkdədir:

“Təbii ki, Rusiya prezidenti hazırda kritik vəziyyət ilə bağlı müttəfiq, tərəfdaş axtarışındadır. Çünki Ukrayna müharibəsi, digər tərəfdən də Suriyada vəziyyətin qarışması fonunda Rusiyanın indi daha çox tərəfdaşa ehtiyacı var”.

Müsahibimizə görə, ola bilsin Rusiya prezidenti Qazaxıstan və digər türk dövlətlərini də öz daimi müttəfiqi, Rusiyanın yanında olan ölkə kimi təqdim etmək baxımından bu yaxınlığı bir qədər qabarıq şəkildə ifadə etməyə çalışıb:

“Lakin həqiqət də budur ki, Orta Asiya ölkələri arasında Qazaxıstan daha çox rus dilin yayıldığı ölkə olub. Ancaq son bir neçə ildə özünə qayıdış vüsət alıb və soykökünə bağlılıq, milli düşüncə aktuallaşıb”.

Tural İrfan: Bu oyanış ümumikdə türk dünyasının vəhdətinə gətirib çıxaracaq

Həmsöhbətimiz qeyd edib ki, burada Türkiyə başçılığındakı türk dövlətlərinin birliyi, inkişaf edən əlaqələri, həmin ölkələrin inkişafı da rol oynayır:

“Azərbaycanın da qatıldığı bu ittifaq böyük bir gücə çevrilməkdədir ki, Qarabağ zəfəri də bu məsələyə əlavə müsbət əhval-ruhiyyə, inam qazandırdı. Qazaxıstan prezidentinin Rusiya prezidentinə cavabı da məhz milli ruhun oyanışının verdiyi cəsarətdən doğur. Orta Asiyada milli şüur getdikcə daha da oyanacaq və bu oyanış ümumikdə türk dünyasının vəhdətinə gətirib çıxaracaq”.

 

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki