Paşinyanın xanımından Azərbaycana qarşı daha bir təxribat – FOTOLAR

Paşinyanın xanımından Azərbaycana qarşı daha bir təxribat – Fotolarbackend

Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Busaat.az  xəbər verir ki,​ Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçib. Bununla Ermənistan hakimiyyəti ölkəmizə qarşı növbəti dəfə təxribat edib.

Nazir xanımı bu dəfə də Paşinyanın əsas təbliğat ruporu kimi çıxış edib. Qadınlar üçün təlim qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun zabitləri tərəfindən aparılıb. Təlim toplantısı zamanı iştirakçıların “Qarabağ Müdafiə Ordusu”nun ön xəttini ziyarət etdikləri, qondarma rejimin “Prezident”i Arayik Arutyunyanla görüşdüyü bildirilib.

Gülməlisi budur ki, dünya ictimaiyyəti A. Akopyanın antimilitarist çıxışlarını hələ Paşinyan hakimiyyətinin ilk illərində də müşahidə etmişdi. O, 2018-ci ildə Ermənistan və Rusiyadan olan bir sıra tanınmış qadınlarla birlikdə qoşunların təmas xəttində əlində gül dəstəsiylə peyda olaraq guya sülh tərəfdarı olduğuna eyham vurmuşduErmənistan hökumətinin qadınları da silahlandırması bir daha düşmən ordusundakı problemləri açıq-aşkar ortaya qoyur. Hətta ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da deyilirdi ki, Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi düşmən ordusundakı çatışmazlıqları göstərir. Belə ki, bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

busaat cec83b456e1a237b571c2df179abe484 oqun602bzyrsviegw1f9 busaat 9efa626e434eca9e36ae8fa989f62e23 h2pk0g7xmb5f9jnly1e6 busaat 9ef95d688954a222818e632587076cb0 y9rcmgzqpfxj8iuh4s52 busaat 432b26fb548b32a2bcc493a6e7c3b881 wzi9o4kvrj8tmh02byx3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki