Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
İdman

“Qarabağ”ın futbolçusuna ağır cəza

image-5_102_

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Busaat.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 15-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimələnib.

“Neftçi”nin futbolçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimələnib.

“Neftçi”nin futbolçusu Mamadu Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

“Neftçi”nin futbolçusu Voyislav Stankoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

“Neftçi”nin 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunub.

“Sumqayıt” – “Səbail” oyununda “Səbail”in futbolçusu Kamran Ağayev Kamran “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimələnib.

“Səbail”in futbolçusu Peyman Keşavarz qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul