İran bir sıra Qərb ölkələrinin “Fəttah” hipersəs raketinin təqdimatı ilə bağlı bəyanatlarını pisləyir.
Busaat.az xəbər verir ki, bu barədə İran XİN-nin sözçüsü Nasir Kənani bildirib.
“XİN sözçüsü qeyd edib ki, bəyanat verən ölkələr müxtəlif sahələrdə, o cümlədən nüvə sınaqları, nüvə silahlarının yayılmaması və nüvə raketlərinin yerləşdirilməməsi sahəsində beynəlxalq müqavilələrini pozurlar”, – Kənani deyib.
Fars xəbər agentliyinin məlumatına görə, “Fəttah” hipersəs raketi 1400 kilometr uçuş məsafəsinə malikdir və bütün raketdən müdafiə sistemlərinə nüfuz edib məhv etməyə qadirdir.
Xatırladaq ki, çərşənbə axşamı İran mediası SEPAH-ın aerokosmik qüvvələrinin yeni hipersəsli Fəttah raketini təqdim etdiyini bildirib. Raketin təqdimatı dünyanın bir sıra ölkələrində kəskin etirazla qarşılanıb. ABŞ İran, Çin və Honq-Konqda bir sıra şəxslərə və təşkilatlara sanksiya tətbiq etdiyini elan edərək, onları İranın ballistik raket proqramını dəstəkləməkdə ittiham edib.
Busaat.az