
Rusiya Azərbaycana 1 milyard kubmetr qaz nəql edəcək
Rusiyanın təbii qaz inhisaçısı – “Qazprom” şirkəti gələn ilin mart ayına qədər Azərbaycana 1 milyard kubmetr “mavi yanacaq” nəql edəcək.
Busaat.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb.
Sənəd Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qazprom”un törəmə şirkəti – “Qazprom Eksport” MMC arasında imzalanıb./Report/



















