Rusiya Silahlı Qüvvələri “İsgəndər-M” raketləri ilə Sumı vilayətində Ukrayna ordusuna məxsus hərbi texnika kolonunu vurub.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, zərbə nəticəsində 65-ə yaxın ukraynalı hərbçi zərərsizləşdirilib, 20 hərbi avtomobil, eləcə də artilleriya sursatı anbarı məhv edilib.