Ruslan Eyyubovun həbs müddəti uzadıldı

image-ruslaneyyubovbackend

Beş milyonluq siqaret qaçaqmalçılığı cinayəti ilə bağlı ittiham olunan məşhur iş adamı Ruslan Eyyubovun iki aylıq ilkin həbsdə saxlanılma müddəti başa çatır.

Busaat.az xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bununla bağlı məhkəməyə təqdimat göndərib.

Prokurorluğun təqdimatında yazılır ki, xüsusilə ağır cinayət işi üzrə 2 aylıq ibtidai istintaq müddəti yetərli olmayıb. Ölkə gündəmində olan cinayət işinin dərindən araşdırılmasının zəruriliyi nəzərə alınaraq istintaqın davam etməsi vacibdir.

Nəticə olaraq cinayətin ağırlığı, şahidlərə təsir göstərilməsi imkanı ehtimalı əsas gətirilərək, təqsirləndirilən Ruslan Eyyubovun həbsinin daha bir neçə ay davamına qərar verilməsi istənilir.

Prokurorluğun təqdimatına gün ərzində Binəqədi Rayon Məhkəməsində baxılacaq. (qafqazinfo)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki