Samuxda bıçaqlanma hadisəsi baş verib.
Busaat.az APA.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.
Belə ki, rayonun İstixana qəsəbə sakini 1998-ci il təvəllüdlü E. Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.