Şəkidə məktəb binasında yanğın olub.
Busaat.az xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.