Deputata məxsus “Buta Farm” da cərimələnir

image-tia_359a41e64de37cac94b17cb83d63f809_thsgbqnm08l7ukyaz59c-640x336backend

Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus olduğu deyilən “Buta Farm” MMC barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki,”Buta Farm” dərman firması və apteklər şəbəkəsi İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 491.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

“Buta Farm”la bağlı iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. 29 oktyabr tarixində hakim Nigar Qədirliyinin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, barəsində icraat aparılan “Buta Farm” MMC deputat Cavanşir Feyziyevə məxsusdur. Bu MMC-dən başqa “Avromed”, “Dokta” dərman firmaları və apteklər şəbəkəsi də C.Feyziyevə məxsusdur.
Millət vəkilinə məxsus “Avromed” və “Dokta” MMC-lər də dəfələrlə İXM-ni pozduqlarına görə cərimələniblər.

Qarşı tərəfi dinləməyə hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki