Putin sükutu pozdu: “Azərbaycanla münasibətlərdəki problemlər…”

image-img_1316backend

“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə problemlər yaranıb, lakin Moskva ümid edir ki, ikitərəfli əlaqələrin inkişafına maraq onları əvvəlki səviyyəyə qaytaracaq”.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə əsaslanaraq bəzi suallar yaranır və problemlər var. Amma inanıram ki, qarşılıqlı maraq sonda hər şeyi öz yerinə qoyacaq”,- deyə Putin bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Putin və Əliyev Çində İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə keçirilən paradda görüşüb və əl sıxıblar.

Bundan əvvəl Ukrayna və Azərbaycan prezidentləri – Volodimir Zelenski və İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin SOCAR-ın Odessadakı neft bazasına hücumunu pisləyiblər. Qeyd olunub ki, enerji infrastrukturu obyektinə dəfələrlə zərbələr endiriləcəyi təqdirdə, Bakının Kiyevə silah tədarükünə tətbiq etdiyi embarqo aradan qaldırıla bilər.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki