Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 789 $▲0.05%
  • Ethereum2 234 $▼0.11%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Əhaliyə şad xəbər: Əgər əlinizdə bu çeklərdən varsa...

image-sadxeber
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətlənməsi və dövlət büdcəsinə daxil olan vəsaitlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə 73,65% artaraq 89,6 milyon manata çatması, uzun illərdir aktual olan özəlləşdirmə payları (çekləri) məsələsini yenidən gündəmə gətirib.

Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclar vasitəsilə səhmdar cəmiyyətlərinin, müəssisələrin və nəqliyyat vasitələrinin özəlləşdirilməsi fonunda, hələ də minlərlə vətəndaşın əlində qalan və 2011-ci ildən tədavüldən çıxarılan çeklərin aqibəti böyük maraq doğurur. Özəlləşdirmə gəlirlərinin bu dərəcədə yüksəlməsi dövlətin bu sahədəki maliyyə imkanlarının genişləndiyini göstərir və əllərində çek saxlayan vətəndaşlara müəyyən kompensasiyaların ödənilməsi və ya prosesin hüquqi müstəvidə yenidən dəyərləndirilməsi ehtimalını artırır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, vətəndaşların əlində qalan özəlləşdirmə çekləri mülkiyyət hüququ sənədi sayıldığı üçün bu məsələnin birdəfəlik ədalətli həlli tapılmalıdır: “Dövlət əmlakının özəlləşdirilməsindən gələn gəlirlərin kəskin şəkildə artması fonunda əhalinin əlində qalan çeklərin taleyinə baxılması tamamilə məntiqidir. Hər bir özəlləşdirmə çeki qanunvericiliklə dövlət mülkiyyətindən pay almaq hüququ verirdi və bu çeklərin tədavül müddətinin başa çatması vətəndaşların mülkiyyət hüququnun itirilməsi anlamına gəlməməlidir. Büdcəyə daxil olan vəsaitlərin artması dövlətə imkan verir ki, bu çekləri əllərində saxlayan şəxslərə müəyyən kompensasiyaların ödənilməsi və ya onların investisiya fondlarında payçıya çevrilməsi mexanizmlərini işləyib hazırlasın”.

Onun sözlərinə görə, hüquqi və iqtisadi nöqteyi-nəzərdən əhaliyə kompensasiya verilməsi və ya çeklərin yenidən dövriyyəyə qaytarılması üçün xüsusi bir dövlət proqramının qəbul edilməsi ən optimal çıxış yoludur: “Əgər dövlət əmlakı bu gün yüksək qiymətlərlə özəlləşdirilirsə, deməli, vaxtilə həmin əmlakların müqabilində buraxılmış çeklərin də real dəyəri mövcuddur. Vətəndaşlara birbaşa pul paylanması, yaxud bu çeklərin cari özəlləşdirmə prosesində məhdud çərçivədə də olsa yenidən istifadəsinə icazə verilməsi həm sosial ədaləti bərpa edər, həm də əhalinin özəlləşdirməyə olan marağını və inamını daha da gücləndirər. Bu baxımdan, artan hərrac dinamikası fonunda hökumətin bu məsələyə yenidən baxması tamamilə real və zəruridir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=184271