
Böyük Britaniya Kadırovun anasına qarşı sanksiyalar tətbiq edib
Britaniya Çeçenistan rəhbəri Ramzan Kadırovun anası və Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edir.
Busaat.az xəbər verir ki, yeni sanksiyalar Putinin ukraynalı uşaqları zorla deportasiya etmək, onları ideoloji təlqinlərə məruz qoymaq və Ukrayna mədəni irsini silmək cəhdlərini dəstəkləyənləri hədəfləyir.
Siyahıya Rusiya dövlətinə bağlı səkkiz fiziki şəxs və üç qurum daxildir.
Sanksiyalar, o cümlədən, Axmat Kadırov Fonduna, habelə fondun rəhbərinə qarşı tətbiq edilib”, – deyə Böyük Britaniya hökuməti qeyd edib.
Yeganə























