Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.32 $▼4.09%
  • WTI neft87.75 $▼3.90%
  • Avropa qazı (TTF)81.58 €▼4.69%
  • Təbii qaz (ABŞ)3.126 $▲3.41%
  • Qızıl4 126 $▼0.18%
  • Gümüş52.66 $▼0.87%
  • Pambıq79.18 ¢▲1.06%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin75 112 $▲0.52%
  • Ethereum2 132 $▲0.35%
  • S&P 5007 519▲1.95%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Vəzifədən gedərkən belə Azərbaycan əleyhinə danışdı: “Heç bir dəhliz...”

image-2025-09-03-22-27-04egpmlm0dgxlbcirdw3mb_file-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Diplomatik missiyasını başa vurmaq ərəfəsində İranın Ermənistandakı səfiri Mehdi Subhani Zəngəzur dəhlizi məsələsinə dair sərt açıqlama verib.

Busaat.az Müsavat.com-a istinadla xəbər verir ki, Subhani ISCA News-a müsahibəsində nə Vaşinqtonda imzalanmış sənəddə, nə də Bakı ilə İrəvan arasında müzakirə olunan sülh sazişində “dəhliz” anlayışının olmadığını bildirib.

“Söhbət yalnız nəqliyyat marşrutlarının açılmasından gedir və həmin yollar üzərində pasport, gömrük və güc strukturları ilə tam nəzarət Ermənistan tərəfinin əlində qalacaq”, – deyə səfir vurğulayıb.

O, həmçinin “99 illik icarə” barədə yayılan iddiaları təkzib edərək, layihənin tamamilə Ermənistanın suverenliyi çərçivəsində həyata keçirildiyini açıqlayıb. Subhani əlavə edib ki, Tehranın israr etdiyi beş prinsip – suverenliyə hörmət, ərazi bütövlüyü, məhkəmə yurisdiksiyası, qarşılıqlılıq və sərhədlərin dəyişməzliyi – bu prosesdə nəzərə alınır.

Lakin məlumdur ki, Mehdi Subhani diplomatik fəaliyyəti boyu çox vaxt anti-Azərbaycan mövqeyi ilə seçilib. Onun açıqlamaları İrandan çox, erməni dairələrinin və Tehrandakı dini radikalların maraqlarını müdafiə edən xarakter daşıyıb. Halbuki son dövrlərdə İran rəhbərliyi, prezident Pezeşkian və onun komandası Azərbaycanın strateji əhəmiyyətini vurğulayan dostcasına bəyanatlar verir, rəsmi Bakı ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

Subhaninin bu sərt çıxışı isə İran daxilindəki radikal-mühafizəkar dairələrin mövqeyini əks etdirir. O, məhz həmin çevrələrin səsi kimi çıxış edir və bu açıqlaması da Azərbaycana yönəlmiş düşmənçilik ritorikasının davamı kimi dəyərləndirilə bilər.

Beləliklə, Mehdi Subhani diplomatik fəaliyyətini başa vurarkən, Ermənistanın təbliğat dilindən istifadə etməklə “dəhliz” məsələsini təhrif edir və Azərbaycanla münasibətlərin normallaşması fonunda radikal dairələrin maraqlarını müdafiə etməyə davam edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171335