Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 690 $▼0.05%
  • Ethereum2 235 $▼0.02%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

Rusiya-Azərbaycan gərginliyi pik həddə: Yeni təxribatlar başlayıb - AÇIQLAMA

image-2025-09-02-15-05-08nxzvcktbqge3jeg9xs3v_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Rusiyada Azərbaycan əleyhinə kampaniyaya start verilib. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsi kontekstdən çıxarılaraq təqdim olunur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakupost.az-a açıqlamasında bildirib ki, Rusiyanın bu siyasəti yeni deyil:
Bakupost.az

“Artıq ilk dəfə deyil ki, biz bu cür təxribatların şahidi oluruq. Rusiyanın müxtəlif media quruluşları, bloqerləri tərəfindən təəssüf ki, ölkəmizə qarşı bu cür təbliğatın aparılması artıq davamlı xarakter alır və bu, çox narahatedici bir tendensiyadır. Əgər kimlərsə düşünürsə ki, bu cür addımlarla Azərbaycana qarşı nəsə edə biləcəklər, yanılırlar, edə bilməyəcəklər. Onlar bilsinlər ki, bu kampaniya və bu təxribatlar Azərbaycanda Rusiyaya münasibətə çox ciddi təsir göstərir.

Artıq Azərbaycan xalqı bu cür təbliğatdan hiddətlənib və açıqlamada da qeyd olunduğu kimi, bu cür cəhdlərin ölkədə ictimai rəyə təsiri minimumdur. Azərbaycan xalqı ölkə rəhbərinə, onun siyasətinə güvənir və sadiqdir. Yaxşı olar ki, Rusiya tərəfi bu təbliğata son qoysun. Onlar bu cür yanaşma ilə heç nəyə nail ola bilməzlər”.

Deputat əlavə edib ki, ruslar tarixən azərbaycanlıları qətlə yetirib, ölkəni işğal edib:

“Cənab Prezident çıxışında real vəziyyəti qeyd edib. Ruslar vaxtilə Azərbaycanı işğal etmişdilər. Tarix boyu xalqımızın başına gətirilən bütün müsibətlərin, faciələrin kökündə ruslar durur. 1937-ci ildə nə qədər azərbaycanlını qətlə yetirdilər. Ondan əvvəl Xalq Cümhuriyyətinin rəhbər şəxslərinə qarşı bu addımları atdılar. Görünür, Azərbaycan Prezidentinin həqiqətləri söyləməsi onları çox narahat edib. Ona görə bu cür açıqlamaları yaymağa başlayıblar. Bu, artıq köhnəlmiş bir metoddur. Bu metoda son qoyulmalıdır.

Mən düşünürəm ki, bu, münasibətlərə yalnız xələl gətirir. Rusiyada hansısa “ağıllı” düşünürsə ki, bu addım, töhfə verəcək və münasibətləri düzəldəcək, qətiyyən belə deyil. Bu, münasibətləri düzəltməyəcək, əksinə, daha da kəskinləşdirəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171131