ABŞ Karib dənizində hərbi kontingent qurur 

image-0-1backend

Vaşinqton və Venesuela arasında gərginliyin artması fonunda Karib dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin sayı artıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” xəbər portalı peyk görüntülərini təhlil etdikdən sonra məlumat verib.

ABŞ avqust ayından bəri Venesuela sahillərinə ən azı səkkiz gəmi və bir sualtı qayıq yerləşdirib. Hesabatda USS Sampson, USS Gravely və USS Jason Dunham esmineslərindən bəhs edilir.

Bundan başqa, P-8A Poseidon sualtı əleyhinə təyyarələrdən və Boeing C-17 Globemaster III hərbi nəqliyyat təyyarələrindən istifadə qeydə alınıb.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, ABŞ-ın Venesuela yaxınlığındakı donanması Amerika vətəndaşlarını cinayətkar kartellərdən və xarici terror təşkilatlarından qorumaq vəzifəsini həll edir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki