Van Dammın Qəbələdəki heykəli niyə götürüldü?

image-vandambackend

Dünya şöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli götürülüb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı iqtisadiyyat.az-a kəndin bələdiyyə sədri Asif Həşimov təsdiqləyib.

Onun sözlərinə görə, heykəlin götürülməsi yol çəkilişi ilə əlaqədardır: “Respublika əhəmiyyətli yolun tikintisi ilə əlaqədar olaraq, heykəl oradan götürülüb. Çünki abidə yolun qoruma zolağında yerləşirdi. Buna görə də həmin ərazidən götürülüb və mühafizə olunan yerdə qoyulacaq”.

Qeyd edək ki, Vəndam kəndində məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılıb. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Hollivud ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün feysbuk səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib.

Məlumat üçün onu da bildirək ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq 2021-ci ildə azərbaycanlı Suada Hacızadə ilə ailə həyatı qurub. Cütlüyün izdivacı Azərbaycan ictimaiyyətində böyük marağa səbəb olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki