“Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikasiyadan öncə, yəni 2022-ci ildə müəllimlərin orta dərs yükü 20,9 saat idisə, bu göstərici hazırda 22,3 saata yüksəlib”.
Busaat.az xəbər verir ki, bunu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, sertifikasiyadan öncə differensial yanaşma olmadığı üçün onlar 841 manat əməkhaqqı alırdılar.
“İndi isə 35% artımla 1355, 10% artımla isə 1071 manat orta əməkhaqqı alırlar. Hələ sertifikatlaşması aparılmayan müəllimlər isə 839 manat əməkhaqqı alırlar”.