“Verona”nın müdafiəçisi ÇSKA-ya keçməkdən imtina etdi

image-koray-gunterbackend

İtaliyanın “Verona” klubunun futbolçusu Koray Günter son anda “ÇSKA Moskva”ya keçməkdən imtina edib.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.

Mənbənin sözlərinə görə, əməliyyat sona çatsa da, sövdələşmə baş tutmayıb.

29 yaşlı Günter 2019-cu ildən “Verona”da çıxış edir. Alman futbolçu ötən mövsümü icarə əsasında “Sampdoriya”da keçirib. Genuya klubunda keçirdiyi 24 matçda Günter 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçinin “Verona” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. “Transfermarkt” internet portalı futbolçunu 3,5 milyon avro dəyərində qiymətləndirir. Koray Almaniyanın müxtəlif yaş qruplarından ibarət gənclər komandalarında 35 oyun keçirib.

Bundan əvvəl mətbuatda alman futbolçu ilə “Moskva Spartak” və “Krasnodar” klublarının maraqlandığı bildirilirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90