“Atletiko Paranaense”nin müdafiəçisi Kelven Moskva klubuna keçə bilər

image-kelvenbackend

“Atletiko Paranaense”  “ÇSKA Moskva”nın braziliyalı müdafiəçi Kelven üçün təklifini qəbul edib.

Busaat.az xəbər verir ki, bu barədə Globo Esporte məlumat yayıb.

Mənbə bildirir ki, klublar arasında danışıqlar ən azı iki həftədir ki, davam edir. Əvvəlcə braziliyalılar futbolçunu buraxmaq istəməyiblər. Daha sonra ordu komandası təkmilləşdirilmiş bir təklif göndərib və bu təklif “Atletiko Paranaense” rəhbərliyi tərəfindən qəbul edilib.

Qeyd olunur ki, “ÇSKA” futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırmaq üçün danışıqlar aparır.

22 yaşlı Kelven 2019-cu ildən “Atletiko Paranaense”də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin fevralına qədərdir. Transfermarkt onlayn portalı oyunçunu 7 milyon avro dəyərində qiymətləndirir.

Kelven bu mövsüm “Atletiko Paranaense”nin heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki