Məlum olduğu kimi, artıq 3-cü gündür Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilir.
Busaat.az xəbər verir ki, Şuşa polisinin və Daxili Qoşunların əsgərlərinin Xankəndi yolunda asdığı lövhə maraqlara səbəb olub.
Belə ki, həmin həmin fotoda qeyd edilib: “Qorxmaz Azərbaycan əsgəri! Sən postunda heç vaxt tək deyilsən. Çünki sənin ən yaxın dostun olan silahın var. Ən əsası qürur verən Azad Qarabağın var. Düşmənin gözünə hər zaman dik bax!!!”
Qeyd edək ki, fotonu nəqliyyat eksperti Elməddin Muradlı paylaşıb.