Evlilik və psixi pozuntu arasında bağlantı tapılıb – Tədqiqat

image-1652774938_qezeb-pozuntusubackend

Elm adamları gözlənilməz bir nümunə aşkar ediblər. Belə ki, psixi pozğunluqların ər-arvadda əvvəllər düşünüldüyündən daha tez-tez üst-üstə düşdüyü müəyyən edilib.

Busaat.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu Tayvanda beş milyondan çox cütlük, Danimarka və İsveçdə bir milyondan çox ailənin məlumatlarını təhlil edib.

İşin nəticələri “Nature Human Behavior” (NHB) jurnalında dərc olunub.

Təhlil doqquz növ psixi pozğunluq arasında əlaqəni göstərir və bu təsir bir neçə nəsil ərzində davam edib. Eyni zamanda, araşdırmanın qlobal xarakterini göstərən oxşar mənzərə müxtəlif mədəniyyətlərdə müşahidə edildi.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, ər-arvadda psixi vəziyyətlərin üst-üstə düşməsi xəstəliklərin yayılmasını artıra, müşayiət olunan diaqnozların yaranmasına təsir göstərə və genetik amillərin qiymətləndirilməsini təhrif edə bilər. Onların fikrincə, bu məlumatların profilaktik tədbirlərin planlaşdırılması və psixi pozğunluqların müalicəsi üsullarının işlənib hazırlanması zamanı nəzərə alınması vacibdir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki