İranda hakimiyyət dəyişikliyi ilə bağlı AÇIQLAMA

image-iranbackend

İran xarici işlər naziri Abbas Əraqçi ölkəsində hakimiyyət dəyişikliyi perspektivini “illüziya” adlandırıb.

Busaat.az xəbər verir ki, bu barədə o, CNN Türk-ə müsahibəsində bildirib.

“Rejimin dəyişəcəyi fikri boş illüziyadır. Bəzi insanlar bu illüziyaya inanırlar. Sistemimiz dərinə kök salıb, güclü təmələ malikdir, ayrı-ayrı insanların gəlib-getməsi heç nəyi dəyişmir. Sistem heç nə olmamış kimi fəaliyyət göstərməyə davam edir”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki