Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.49 $▼3.91%
  • WTI neft87.71 $▼3.94%
  • Avropa qazı (TTF)83.78 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.101 $▲2.58%
  • Qızıl4 137 $▲0.10%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 597 $▼0.17%
  • Ethereum2 117 $▼0.37%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
İdman

"Sabah" klub rekordunu təkrarladı

image-sabahfutbol
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sabah” klub tarixinin rekordunu təkrarlayıb.

Busaat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XVIII turunda gerçəkləşib.

“Zirə”ni səfərdə 3:1 hesabı ilə üstələyən “bayquşlar” çempinatda ardıcıl yeddinci qələbəsini qazanıb.

Komanda bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax”ı (4:1) məğlub edib.

“Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atıb. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib. 2022/2023 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.

“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır. Bakı təmsilçisi 2021/2022 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179760