Bakıya qar yağacaq – bu tarixdə…

image-bakiqarbackend

Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Busaat.az xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir.

Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq.

Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var.

7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir qədər yüksələcəyi proqnozlaşdırılır.\Bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki