Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 675 $▼0.77%
  • Ethereum2 372 $▼1.06%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Hava proqnozu

XƏBƏRDARLIQ: Güclü qar fırtınası Azərbaycana doğru gəlir

image-qar_oxu24_1768641803

Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır?

Busaat.az-ın məlumatına görə, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Türkiyədə müşahidə olunan kəskin şaxtalı hava dalğasının Azərbaycana təsir etmə ehtimalı olduqca realdır. Lakin bu təsir adətən bir neçə gün sonra və daha yumşalmış formada özünü göstərir.

Onun sözlərinə görə, meteoroloji qanunauyğunluqlara və hazırkı 2026-cı il fevral proqnozlarına əsasən, bu prosesi aşağıdakı kimi təhlil etmək olar:

“Türkiyənin qərb və mərkəzi hissələrinə daxil olan soyuq hava kütlələri şərqə doğru hərəkət edərək Azərbaycana çatması üçün adətən 48-72 saat (2-3 gün) vaxt tələb olunur. Yəni, bu gün İstanbulda başlayan şaxta, bir neçə gündən sonra ölkəmizə daxil olur”.

Cavid Hüseynov vurğulayır ki, soyuq hava kütlələri Türkiyənin dağlıq relyefini (Anadolu yaylasını) keçərkən və xüsusilə Qafqaz dağları ilə qarşılaşdıqda öz ilkin sərtliyini bir qədər itirir və transformasiyaya uğrayır.

“Bakı və Abşeron yarımadası üçün Xəzər dənizi nisbi mülayimləşdirici rol oynayır. Türkiyədən gələn soyuqlar Naxçıvan və ölkənin qərb rayonlarında (Gəncə-Qazax zonası) daha çox hiss oluna bilər”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul