Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.01 $▼4.40%
  • WTI neft87.19 $▼4.51%
  • Avropa qazı (TTF)83.35 €▼2.61%
  • Təbii qaz (ABŞ)3.133 $▲3.64%
  • Qızıl4 134 $▲0.01%
  • Gümüş52.74 $▼0.72%
  • Pambıq79.18 ¢▲1.06%
  • Buğda588.75 ¢▼0.46%
  • Bitcoin74 641 $▼0.11%
  • Ethereum2 118 $▼0.31%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Ərdoğan ABŞ-nin İrana mümkün zərbələrini müzakirə edəcək

image-erdoganabs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Nazirlər Kabinetinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçiriləcək iclasında ABŞ-nin İrana mümkün zərbələri ilə bağlı vəziyyət müzakirə olunacaq.

Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Nazirlər Kabinetinin iclasında ABŞ-nin İrana zərbə endirmək təhlükəsi, həmçinin regionda cərəyan edən son hadisələr müzakirə ediləcək. İclas zamanı hərbi müdaxiləyə qarşı çıxan, diplomatiya və dialoqu dəstəkləyən Türkiyənin mövqeyi bir daha vurğulanacaq”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, bu kontekstdə nazirlər İranın xarici işlər naziri Abbas Araqçının ötən həftəsonu İstanbula səfərinin, onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyə Prezidenti ilə görüşünün, həmçinin Ərdoğanın ABŞ və İran prezidentləri ilə telefon danışıqlarının nəticələrini nəzərdən keçirəcəklər.

Xatırladaq ki, daha əvvəl mətbuatda Türkiyə, Misir və Qətərin gələn həftə Ankarada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın yüksəksəviyyəli nümayəndələri arasında görüşün təşkili üzərində işlədikləri barədə xəbər yayılmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179756