“Xəstəyəmsə, əlillik verilsin, sağlamamsa, işimə bərpa etsinlər” — FOTOLAR

image-esgerbackend

Vətən müharibəsi iştirakçısı, kiçik gizir Balaşov Əsgər Ədalət oğlu əlillik ala bilməməsindən şikayətçidir. 

O, bununla bağlı “Qafqazinfo”ya müraciət edib.

Qazi bildirir ki, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib, hərbi texnikamızın pusquya düşməsi nəticəsində yaralanıb. 2 il sonra, 2022-ci ildə xəstə olduğunu əsas gətirərək onu ordudan tərxis ediblər: “Əlilliklə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Amma mənə əlillik təyinatından imtina etdilər. Halbuki qoyulan diaqnozla bir neçə vətəndaşa əlillik verilmişdi, mənə verilmədi. Əgər sağlamamsa, niyə məni işimə bərpa etmirlər? Özüm də orduda nümunəvi xidmət keçmişəm, öz işimə bərpa olunmağımı pensiya almaqdan çox istəyirəm. Yox əgər xəstəyəmsə, o zaman əlillik verilsin. 25 yaşım var, ailə qurmalıyam, heç yerdə işə götürmürlər, heç bir gəlirim yoxdur”.

e6b43bf3 dfea 44c5 8d6f 5b92877371c5

Qazinin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən sorğumuza belə cavab aldıq: “Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Balaşov Əsgər Ədalət oğlu müharibə veteranı olaraq Prezidentin aylıq təqaüdü ilə təmin olunur. Ona 2021-ci ilin yanvar ayında birdəfəlik sığorta ödənişi (2750 manat) da verilib. Həmçinin Ə.Balaşov bu ilin may ayında özünüməşğulluq proqramına da cəlb olunub və yaxın vaxtlarda proqram çərçivəsində kiçik təsərrüfatını qurması üçün aktivlərlə təmin olunacaq. Müharibə ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər əsasında Ə.Balaşovun 2023-cü ilin mart və iyul aylarında, 2024-cü ilin isə mart ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinələri aparılıb. Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə aparılan müayinələr zamanı onun sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edildiyindən əlillik təyinatı aparılmayıb”.

Qeyd edək ki, Ə.Balaşov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezidentin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

 

6dadd698 53a2 4fee a9d4 2bfcd8684953
ea646a64 92bd 4d48 b165 3bec5e68d531
ec28cad4 298e 42a8 a380 e3eaf432d98f
55b469b2 88f1 4632 a6e5 20f281ebfb48


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki